Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

0

  • Hər bir azərbaycanlı tərəfindən qeyd olunan və yaddaşlarda qorunan həmin 15 iyun həm Azərbaycan xalqının həm də Azərbaycan dövlətçiliyinin xilas olduğu gündür.Qədimdən öz dövrünə meydan oxumuş, zaman - zaman sınaqlardan keçib bugün də varlığını qoruyub saxlamış başqa bir çox dövlətlər kimi yeraltı və yerüstü sərvətləri ilə həmişə başqa düşmən dövlətlərin tamahını oyatmış Azərbaycanın da tənəzzülü olduğu kimi özünə qayıdışı və oyanışı olmuşdur. Hamımızın şahidi olduğumuz istər iqtisadi istərsə də siyasi və hərbi yüksəlişi ilə sürprizlərə səbəb olan bugünkü güclü Azərbaycanın xilaskarı məhz Ulu öndər Heydər Əliyev olmuşdur. O həmin Heydər Əliyevdir ki, kiçik bir kənddən dövrünün nəhəng bir imperiyası olan Sovet Rusiyası Ali sovetinin sədri vəzifəsinə qədər zirvələri fəth etmiş, canı - qanı bahasına öz doğma vətəni və xalqı naminə uğurlara imza atmış, xalqımıza qarşı kütləvi repressiya və deportasiyalara qarşı mübarizə aparmış, səsimizi və varlığımızı dünyaya çatdırmışdır.Tarixə nəzər salsaq görərik 1991-ci ilin dekabrında sovet Rusiyası dağılmış, onun tərkibində yaşamış dövlətlər öz müstəqilliyini elan edərək Müstəqil Dövlətlər Birliyində (MDB) birləşmişlər. Azərbaycanda hakimiyyət uğrunda mübarizədə AXC - Müsavat birliyi iqtidarı ələ almış və nəticədə vəzifədən sui istifadə başlamış, bölgələrdə yad qruplaşmalar baş qaldırmış və milli varlığımız təhlükə altına atılmışdır. Vahid və mərkəzi idarəçiliyin olmaması səbəbindən məmur tabesizliyi dərinləsmis, orduda yaranmış xaos dövlətin müdafiəsini əlindən almışdır. Belə bir vəziyyət tarix boyu torpaqlarımıza göz dikən, çörək kəsdiyi süfrələrə xəyanət etmiş ermənilər üçün münbit bir şərait idi. Xain düşmən hücumları nəticəsində ard arda torpaqlarımız işğal olunmuş, 1 milyondan çox soydaşımız öz ata baba yurdundan qovulmuşdur. Xalqını belə bir ağrılı və dözülməz günündə hakimiyyət ayrı-ayrı baron və qraflarin əlində oyuncağa çevrilmiş, "hər kəs öz votcinasını qorusun'' şüarı ilə başa çıxmağı bacarmırdı. Bakıdan başlamış Gəncədə dərinləsmis böhran dövrün bir çox mili ziyalılarını düşünməyə vadar etmiş, çıxış yolu Heydər Əliyevin Bakıya dəvət olunması qərara alınmışdır. İlk öncə 1993-cü il iyun ayının 9-dan 10-na keçən gecə Gəncəyə səfər etmiş Heydər Əliyev burada dərin kök salmış Sürət Hüseynovla görüşüb müsbət nəticələrlə geri qayıtmışdır. İyun ayının 14-ü Bakıya qayıdan Heydər Əliyev Ali Sovetin sessiyasında ümumi səsvermə yolu ilə Azərbaycan respublikasının Ali Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. O gündən ömrünün sonunadək xalqımıza və dövlətimizə bütün məsuliyyəti ilə xidmət etmiş Heydər Əliyev 1993-cü ilin oktyabrında yeni bir yüksəlişə qədəm qoymuş, yekdilliklə xalqımız tərəfindən Azərbaycan respublikasının prezidenti vəzifəsinə layiq görülmüşdür. Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyundan Azərbaycanın idarəsini öhdəsinə götürən Heydər Əliyev dərhal ordu quruculuğunu ələ almış, müdafiə sistemini möhkəmləndirmiş, işğal davamiyyətinin qarşısını almışdır. Apardığı mütərəqqi siyasət nəticəsində kənd təsərrüfatından tutmuş şəhər sənayesinə qədər iqtisadiyyat tənzimlənmiş, azad sahibkarlıq inkişaf etdirilmiş, büdcə potensialı artırılmış, təhsil, səhiyyə,məhkəmə və s. sahələrində özbaşınalığın və korrupsiyanın qarşısı alınmış, nəhayət Azərbaycan dövlətinin və xalqının tarixi qüdrəti özünə qaytarılmışdır.Onun davamçısı kimi 2003 cü ildən prezidentlik fəaliyyətinə başlamış İlham Əliyev layiqincə vəzifəsinin öhdəsindən gəlmiş, işğal edilmiş ərazilərimizin bərpası üçün uzun illər hazırlanmış plana uyğun olaraq qaçqın və məcburi köçkünlərimizin xəyalını gerçəkləsdirmisdir. Təkcə 2020-ci il Vətən müharibəsini misal çəkmək yetər ki müasir Azərbaycanın gücünü və qüdrətini istər dost istər düşmənə sübut etsin.Sözsüz ki, bundan sonra da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərəfindən davam etdirilən bu idarəçilik və siyasət günü gündən dövlətimizi gücləndirəcək, torpaqlarımızın bütövlüyünü qoruyacaq, xalqımızın rifahını daim uca tutacaqdır.Və sonda onu da qeyd edim ki 15 iyun Milli Qurtuluş günün səbəbkarı olan olan mərhum Heydər Əliyevə rəhmət diləyir, cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı bu bayram münasibətilə təbrik edir, uzun ömür can sağlığı arzulayıram.
    Qoşqar Orucov,
    Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib52 dəfə
    milli qurtuluş günü azərbaycan dövlətçiliyinin xilas günüdür

    Maraqlı gələ bilər
    110
    48